Bir sıra Pentaqon rəsmiləri ABŞ müdafiə naziri Pit Heqsetin istefasını tələb edən kollektiv məktub hazırlayır.
"Unikal" xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, məktubun layihələri may ayından yuxarı və orta səviyyəli hərbi məmurlar və mülki işçilər arasında “dolaşır”.
"Bəzi Pentaqon rəsmiləri Pit Heqseti müdafiə naziri olmağa yararsız elan etmək üçün səylər göstərirlər", - nəşr yazır.