Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir–Xaldan yolunda qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı su kanalına düşüb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, minik maşınında iki nəfər sürücü və sərnişin qadın olub. Qəzaya səbəb minik maşınının təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov