Tailand Kambocaya qarşı Quru Müharibəsi əməliyyatına başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, general Pana Kleoplottuk əməliyyatın komandiri təyin edilib.
Tailand komandanlığının məlumatına görə, hazırda həm Tailand, həm də Kamboca sərhəddə mövqe tutur. Kambocanın hücumu döyüş bölgələrindən birində dayandıqdan sonra Kamboca əsgərləri manevrlər keçirib əks hücuma cəhd ediblər. Ən azı iki Kamboca tankı da sərhəddə məhv edilib. Tailand qoşunları cavab döyüş əməliyyatlarında da tanklardan fəal istifadə edir, həmçinin düşmən bazalarına mərmilər atırlar.
Tailand və Kamboca Tailandın Ubon Raçathani əyaləti ilə Kambocanın Preah Vihear əyaləti arasındakı sərhədin bir hissəsi üzərində mübahisə edir. 28 may 2025-ci ildə orada qısa toqquşma olub.
İyulun 24-də Tailand və Kamboca rəsmiləri sərhəddə atışma barədə məlumat veriblər. Tailand komandanlığının məlumatına görə, Kamboca ilk dəfə pilotsuz uçuş aparatlarından və reaktiv qumbaraatanlardan istifadə edib.
Gülayə Mecid