Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya aviasiyası səhər saatlarından etibarən yanğınları söndürmək üçün Be-200 təyyarələri və Mi-8 helikopterlərindən istifadə edir.
Yanğınlar nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilmir.