Kamboca və Tailand ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə dərhal və qeyd-şərtsiz atəşkəs haqqında razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Kambocanın baş naziri Hun Manet iyulun 26-da axşam Trampla telefon danışığından sonra məlumat verib.
Onun sözlərinə görə, Amerika lideri münaqişədə insan itkiləri ilə bağlı ciddi narahatlığını ifadə edib və sülhə sadiqliyini bir daha təsdiqləyib.
"O, hər iki tərəfdən daha çox ölüm və yaralanmalara səbəb olacaq hər hansı bir müharibə və ya döyüş görmək istəmir. ABŞ prezidentinin bütün dünyada sülh səylərinə vasitəçilik təcrübəsi var".