ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizədliyini irəli sürə biləcəyi istisna edilmir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına verdiyi müsahibədə danışıb.

“Fikrimcə, Cey Di çox yaxşı bir namizəd ola bilər”, – deyə o bildirib.

Rubiodan həmçinin, özü 2028-ci ildə prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı da soruşulub. O bu suala belə cavab verib: “Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmur. Heç bir variantı istisna etmirəm”.

Dövlət katibi əlavə edib ki, hazırda bütün diqqətini öz vəzifəsinə yönəldib: “Prezident mənə icazə verdiyi müddətcə bu işlə məşğul olmaq istəyirəm. Hesab edirəm ki, bu şəkildə ölkəmə layiqli xidmət göstərə bilərəm”.