Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya liderinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib. 

“Unikal” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Ukrayna pilotsuz təyyarələri olub.

Rəsmi məlumata görə, səhər saat 07:00-dan etibarən Pulkovo hava limanında fövqəladə təhlükəsizlik rejimi – plan “Kover” qüvvəyə minib. Nəticədə Pulkovo aeroportunda təxminən 100 reys gecikdirilib, onlarla reys isə ləğv edilib.