Avqustun 1-dən Rusiya "WhatsApp" və VPN xidmətlərini bloklayacaq.
"Unikal" xəbər verir ki, bunu jurnalist Anastasiya Kaşevarova iddia edib
O, Meta məhsulunu "əhalimizdən pul oğurlamaq üçün fırıldaqçı sxemlərin qurulduğu" "ən çürük messencerlərdən biri" adlandırıb.
Bundan əvvəl Dövlət Duması Rusiya qanunvericiliyinə əməl etmədiyinə görə “WhatsApp-ın Rusiya bazarını tərk etməyə hazırlaşmağının vaxtıdır” demişdi.