Rusiya tarixində ilk dəfə olaraq bütün Qərbə qarşı təkbaşına müharibə aparır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Birinci və İkinci Dünya Müharibələri zamanı bizim müttəfiqlərimiz olub. İndi döyüş meydanında müttəfiqlərimiz yoxdur. Ona görə də özümüzə arxalanmalıyıq, zəiflik və ya arxayınlıq göstərə bilmərik", - deyə XİN rəhbəri qeyd edib. 

Nazirin sözlərinə görə, Qərb elitaları rus əsgərlərini öldürməyə hazır olduqlarını açıq şəkildə nümayiş etdirirlər: "Avropalılar bizi ciddi şəkildə məğlub etmək istəyirlər və bu, mənim fikrimcə, hər gün təsdiqlənir". 

Ağarza Elçinoğlu