Rusiya mətbuatı Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın kiçik qardaşı Denis Yermaka məxsus olduğu iddia edilən bir səs yazısını yayımlayıb.

"Unikal" xəbər verir ki,  “RIA Novosti”nin dərc etdiyi məlumata görə, Denis Yermak səs yazısında köməkçisi Nataliya Kuzmenko ilə Əfqanıstanın paytaxtı Kabula bilet sifarişi ilə bağlı danışır. O, üç nəfərlik səfər üçün cəmi bir baqaj sifariş edir, geri dönüş üçün isə hər kəsin ayrıca baqaj yeri olmasını tələb edir.

Agentliyin mənbələrinə istinadən bildirilir ki, geri dönüş zamanı baqajlarda Ukraynaya narkotik maddələr gətirilib.

Mənbələrin məlumatına görə, 2024-cü ilin yayında Denis Yermak, ukraynalı vətəndaşlar Yevgeni Boqatyryov və əfqan əsilli Əhməd Kasimi ilə birlikdə dolayı yollarla Kabula səfər ediblər və bu səfər narkotik partiyasının əldə olunması məqsədilə həyata keçirilib.

Gülayə Mecid