Amerikalı polkovnik-leytenant Cefri Fritz ABŞ hakimiyyətinə Çinin bölgədəki hərəkətlərini izləmək üçün Komandor adalarını Rusiyadan 15 milyard dollara almağı təklif edib.

"Unikal" xəbər verir ki, hərbçi bu barədə "Breaking Defense" nəşrinə açıqlamasında deyib. 

Fritz qeyd edib ki, Komandor adaları Çinin Jianggezhuang dəniz bazasından Arktikaya qədər potensial marşrut boyunca yerləşir. Zabitin sözlərinə görə, Birləşmiş Ştatlar bu potensial sövdələşmənin bir hissəsi kimi təkcə adaları deyil, həm də onların ətrafındakı eksklüziv iqtisadi zonanı, təbii ehtiyatları və infrastrukturu almalıdır. Belə bir alış ölkənin eksklüziv iqtisadi zonasını 3,8% artıracaq.

Gülayə Mecid