Moskva məhkəməsinin hakimi Rusiya qanunvericiliyində xarici şirkətlər üçün nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün TikTok sosial şəbəkəsini cərimələyib.

"Unikal" xəbər verir ki, TikTok Pte. Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.49-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib.

Məhkəmə 6 milyon rubl məbləğində inzibati cərimə tətbiq edib.