Almaniyanın şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb. 

"Unikal" DPA-ya istinadən xəbər verir ki, hadisə Saksoniyanın Qrimm şəhərindən bir qədər aralıda baş verib. Helikopterin hissələri Mulde çayında tapılıb. 

Hadisə yerində hərbi təhlükəsizlik zonası yaradılıb. Əllidən çox xilasedici və hüquq-mühafizə orqanlarının əməkdaşı işləyir. Helikopterin qəzaya uğraması külli miqdarda kerosin sızmasına səbəb olub.

Helikopter təlim uçuşu həyata keçirirmiş. 

Ağarza Elçinoğlu