Tibb və ya əczaçılıq təhsili olan ukraynalı qadınlar şəxsi iştirakı olmadan hərbi komissarlıqda hərbi xidmətə məcburi qeydiyyata alınacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri məlumat yayıb.

"Tibb və əczaçılıq təhsili olan qadınlar indi şəxsən iştirak etmədən avtomatik olaraq hərbi xidmətə qəbul olunacaqlar", - deyə məlumatda bildirilir.