Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayılıb. 67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında işləyib.