İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian, bəzi radikal qrupların İran-Azərbaycan münasibətlərinin inkişafına qarşı yönəlmiş tənqidlərinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, o, bu  barədə “Nasr” nəşrinə açıqlama verib. 

Pezeşkian qeyd edib ki, bir fikir səsləndirərkən, onun nəticələri və məsuliyyəti də nəzərə alınmalıdır:

“Hər sözümüzün nəticələri var və biz onlardan qaça bilmərik. Düşünülməmiş ittihamlar ölkənin siyasətinə və təhlükəsizliyinə zərər verə bilər". 

O, bəzi çıxışlarda təkrar-təkrar səsləndirilən “Azərbaycan İsrailə dəstək verir” iddialarını əsassız adlandırıb:"Əgər belə bir iddia səsləndirilirsə, bu zaman sübutlar, rəsmi hesabatlar, müşahidələr və dəlillər təqdim olunmalıdır. Halbuki, təhlükəsizlik qurumları belə bir iddianı təsdiqləməyib".  

Gülayə Mecid