“Qalatasaray” futbolçusu Davinson Sançeslə müqavilənin müddətini uzadıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.
29 yaşlı oyunçunun illik maaşı 3,2 milyon avrodan 4,5 milyona qədər artırılıb.
Qeyd edək ki, Davinson Sançes “Qalatasaray”a 2023-cü ilin sentyabr ayında İngiltərənin “Tottenhem” klubundan keçib.