"Fənərbağça" 2025/26 mövsümündə komandanın kapitanlığını Mert Hakan Yandaşa həvalə edib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı "TRT Spor" yayıb.

Mert Hakan meydanda olmadığı hallarda kapitan sarğısı aşağıdakı futbolçulardan birinə veriləcək:

İrfan Can Kahveci,Fred,Milan Şkrinyar.

Bu dörd futbolçu Mourinyunun idarəçiliyi altında komandanın liderlik yükünü daşıyacaq əsas adlar kimi seçilib.