Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "Unikal"a verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.
"ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir", - məlumatda qeyd olunur.
Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək.