Gəncədə sürücünün meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib. Sözügedən ərazidə şəhər stadionun tikintisində su maşını sürən  Gədəbəy rayonunda qeydiyyatı olan hazırda Göygöl rayonunda yaşayan 52 yaşlı S.Əliyevin sükan arxasında qəfil halı dəyişib. Müayinə zamanı məlum olub ki, 52 yaşlı kişi dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Məlumata görə, 52  yaşlı S.Əliyev  ürəktutmasından vəfat edib.

Xatırladaq ki , S Əliyevin Gəncə şəhər stadionun  tikintisində su maşını idarə edirmiş.

Faktla bağlı Gəncə  şəhər prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov