Türkiyədə Balıkesirdə baş vermiş zəlzələlərin görüntüləri yayılıb.
"Unikal" xəbər verir ki, olduqları yeri tərk edə bilməyən sakinlər masaların altında gizlənməli olublar.
Qeyd edək ki, 6,1 bal gücündə təkandan sonra Balıkesirdə 10 bina uçub. 4 nəfər dağıntılar altından xilas olunub.
Seysmoloji xidmətin məlumatına görə, zəlzələ 10 km dərinlikdə baş verib.