"Formula-1"in pilotu Lyuis Hemilton və aktyor Leonardo Di Kaprio 20 milyon dollar dəyərində ziyana düşüblər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  məşhurlar birgə 2021-ci ildə "Neat Burger" adlı restoran açıblar. Sözügedən restoran London, Milan və Nyu-Yorkda  fəaliyyətə başlayıb.  Lakin yeməkxana məşhurlara heç də uğur gətirməyib.  

Hemilton və Di Kaprionun “Neat Burger” restoranı iflas elan edib və bağlanmaq üzrədir. Belə ki, restoran 2021-ci ildə 4,3 milyon dollar, 2022-ci ildə isə 10,6 milyon dollar itirib.  Bu il dəyən ziyanla bərabər itki 20 milyon dollar hesablanıb. 

İkili restoranlarının bağlanması ilə bağlı hələlik açıqlama verməyib.