Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla gözlənilən danışıqlar zamanı strateji hücum silahlarına dair yeni sazişin bağlanacağını istisna etməyib.
"Unikal" xəbər veir ki, bu barədə Kremlin saytı məlumat dərc edib.
Rusiya lideri avqustun 14-də Kremldə Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və digər şəxslərin iştirakı ilə görüş keçirib.
Putin bəyan edib ki, Rusiya-Amerika sammitində razılaşmaların əldə edilməsi “ölkələrimiz arasında, Avropada və bütövlükdə dünyada uzunmüddətli sülh şəraiti yaratmaq üçün” lazımdır.