Kennedi Mərkəzinin bu ilki mükafatçıları sırasına Hollivud kinoaktyoru Silvestr Stallone, səhnə aktyoru Maykl Krouford, KISS rok qrupu, müğənnilər Corc Strait və Qloriya Qaynor daxildir.

"Unikal" xəbər verir ki, laureatların adlarını ABŞ prezidenti, eyni zamanda Kennedi Mərkəzinin rəhbəri Donald Tramp açıqlayıb.

Ağ Evə qayıtdıqdan sonra Tramp Con Kennedi adına Səhnə Sənətləri Mərkəzinin prezidentini və idarə heyətinin çox hissəsini işdən çıxarıb və sədr vəzifəsini şəxsən icra edib.

O, builki laureatların seçilməsində “98% iştirak etdiyini” qeyd edib.

Ənənəni pozaraq, Tramp bu ilin sonunda ABŞ-nin sənətçilər üçün ən yüksək mükafatlarından birinin qaliblərinin şərəfinə şou da keçirəcək.