ABŞ prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı Melaniya Trampın keçmiş ABŞ lideri Co Baydenin oğlu Hanter Baydenə qarşı böhtana görə 1 milyard dollarlıq məhkəmə iddiasını dəstəkləyib.
"Unikal" xəbər verir ki, Tramp “Fox News” radiosuna müsahibəsində həyat yoldaşının Hanter Baydenə qarşı iddia qaldırması ehtimalını şərh edərkən deyib:
“Məncə, biz irəli getməliyik”.
Söhbət Melaniya Trampın iddialarına görə, bir sıra yalan ifadələrin yer aldığı "YouTube" videosundan gedir. Birinci xanımın vəkilləri Hanter Baydenin Epşteynin Melaniyanı Donalda təqdim etməsi ilə bağlı sözlərini “yalan, böhtan və təxribat” adlandırıblar.
Birinci xanımın vəkili qeyd edib ki, müdafiə etdiyi şəxsin reputasiyası xeyli zədələnib.
Bayden avqustun 7-dək bəyanatlarını geri götürməli və təkzib etməli idi. Telekanaldakı mənbənin sözlərinə görə, o, Melaniya Trampın tələbini müəyyən edilmiş müddətdə yerinə yetirməyib.