Rusiya Ədliyyə Nazirliyi beynəlxalq QHT olan “Sərhədsiz Reportyorlar” təşkilatını “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

"Unikal" xəbər verir ki. bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 1985-ci ildə yaradılan və qərargahı Parisdə yerləşən təşkilatın bəyan edilmiş məqsədləri senzura ilə mübarizə aparmaq, peşə fəaliyyəti səbəbindən həbs olunan jurnalistləri müdafiə etmək və “mətbuat azadlığının düşmənləri” siyahısını aparmaqdır.