"Rusiya Ermənistan və Azərbaycanın “Tramp marşrutu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəkləyir".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Rısmi əlavə edib ki, Moskva bu müstəvidə bəzi məsələləri nəzərdən keçirir:

“Əgər onlar hesab edirlər ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha böyük təhlükəsizlik təminatları verir, bu, yaxşıdır, çünki biz Cənubi Qafqazda sülh proseslərini də dəstəkləyirik”, - Overçuk əlavə edib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının maraqlarına tamamilə cavab verir.

Gülayə Mecid