Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Alyaskada görüş zamanı Ermənistan və Azərbaycan əraziləri arasında nəqliyyat marşrutu olan Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edə bilərlər.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatsky deyib.
"Rusiya Federasiyası və ABŞ prezidentlərinin ikitərəfli görüşündə Zəngəzur dəhlizinə nəzarət məsələsinə də baxılacaq", - o, qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və iki Cənubi Qafqaz Respublikası arasında nəqliyyat dəhlizinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Nəqliyyat dəhlizi Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu adlanacaq. Ermənistan ABŞ-yə bu dəhlizi idarə etmək hüququnu 99 il müddətinə verib.
Gülayə Mecid