Britaniya Rusiya ilə nəzəri atəşkəs əldə etdikdən sonra ilk həftədə Ukraynaya qoşunlarını göndərmək niyyətindədir. 

"Unikal" xəbər verir ki, bu barədə "The Daily Telegraph" yazıb. 

Məlumata görə, Ukrayna silahlı qüvvələrinin yenidən qurulmasına kömək etmək üçün hərbi əməliyyatlar dayandırılacağı təqdirdə yüzlərlə britaniyalı hərbi təlimatçı və mühəndisin ölkəyə daxil olacağı ilə bağlı plan var.

Böyük Britaniyanın baş naziri Keir Starmer də Rusiyanın atəşkəsi pozmamasını təmin etmək üçün müttəfiqlərlə birlikdə Ukrayna səmasında patrul xidməti həyata keçirmək üçün RAF döyüş təyyarələrinin istifadəsini təsdiqləyib.

Müdafiə naziri Con Healey Britaniyanın ingilis əsgərlərini göndərməyə hazır olduğunu vurğulayaraq, onların hücuma məruz qalacağı təqdirdə cavab verəcəklərini bildirib.

Ağarza Elçinoğlu