Xəbər verdiyimiz kimi, Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüş 2 saat 45 dəqiqə davam edib. 

Trampa dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff, Putinə isə Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov qatılıblar.

Dünya liderinin görüşü maraqlı fotolarla yadda qalıb. Onların jest və mimikaları, eləcə də bədən dilləri maraqla izlənilib. 

Ağarza Elçinoğlu