ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Onun sözlərinə görə, Tramp Avropa liderlərini Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə məlumatlandırıb.
Həmçinin, Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodmir Zelenski ilə telefon danışıqları aparıb.
***03:03
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlardan sonra Ukrayna lideri Volodimir Zelenskiyə zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə "Fox News" yazıb.
"Bizə dedilər ki, prezident Tramp Ukrayna lideri ilə telefonla danışıb", - jurnalist Brett Baier canlı efirdə deyib. Onun sözlərinə görə, Ağ Ev rəhbəri görüşün nəticələrini bir sıra Avropa liderləri ilə də bölüşüb.
Ağarza Elçinoğlu