Donald Tramp 2022-ci ildə ABŞ prezidenti olsaydı, Ukrayna ilə heç bir münaqişə olmazdı.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Alyaskada amerikalı həmkarı ilə keçirilən görüşdən sonra baş tutan mətbuat konfransında deyib.
"Xatırlayıram ki, 2022-ci ildə, əvvəlki administrasiya ilə son təmaslarım zamanı keçmiş amerikalı həmkarımı (Co Bayden - red.) inandırmağa çalışdım ki, biz hadisələrin hərbi əməliyyatlar şəklində ciddi nəticələri ola biləcək vəziyyətə gəlməsinə imkan verməməliyik. Və o zaman dedim ki, bu, böyük səhvdir. Və bu gün biz prezident Trampın “mən prezident olsaydım, müharibə olmazdı” dediyini eşidirik. Düşünürəm ki, bu, həqiqətdir",- deyə Rusiya lideri qeyd edib.
Ağarza Elçinoğlu