ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən sammit zamanı rusiyalı həmkarı Vladimir Putinə həyat yoldaşı Melaniyanın məktubunu təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin iki rəsmisinə istinadən məlumat dərc edib.
"Prezident Tramp məktubu Putinə Alyaskada apardıqları danışıqlar zamanı şəxsən çatdırıb", - məlumatda deyilir.
Agentliyin məlumatına görə, məktubda Ukraynadakı münaqişə nəticəsində uşaqların oğurlanmasından bəhs edilir.
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskada dar tərkibdə danışıqlar aparıb. Onlar xarici siyasət idarələrinin rəhbərləri və onların köməkçilərinin iştirakı ilə üç saata yaxın danışıblar. Danışıqların əsas mövzularından biri Ukrayna böhranının həlli olub.
Gülayə Mecid