Amerikanın F-22 qırıcıları Alyaskadan Rusiyaya gedərkən Rusiya prezidenti Vladimir Putinin təyyarəsini müşayiət edib.
"Unikal" xəbər verir ki, Kremlin mətbuat xidməti müvafiq videoları dərc edib.
Avqustun 15-də Putin və Tramp Alyaskada dar tərkibdə danışıqlar aparıb. Onlar xarici siyasət idarələrinin rəhbərləri və onların köməkçilərinin iştirakı ilə üç saata yaxın danışıblar. Danışıqların əsas mövzularından biri Ukrayna böhranının həlli olub.
Gülayə Mecid