Ukrayna mediası ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən Alyaska sammitini kəskin tənqid edib.
"Unikal" xəbər verir ki, “The Kyiv Independent” sammitin “Ağır, biabırçı və sonda faydasız” olduğunu bildirib.
Onlayn nəşr Trampın Rusiya üçün “ağır nəticələr” xəbərdarlığına əməl etmədiyini bildirib və Putinin sammitdəki danışıqlarda qazandığını qeyd edib.
Ukraynalı siyasətçilər və fəallar da sammitin effektivliyinə şübhə ilə yanaşıblar.
Ukrayna parlamentinin üzvü Yaroslav Jeleznyak "Telegram"da yazıb: “Görünür, biz Amerikanın daha bir möhtəşəm və gözəl yoxluğunun şahidi olduq...”.
Vətəndaş fəalı və keçmiş ukraynalı deputat Mustafa Nayyem Trampı Putini qəbul etdiyinə görə tənqid edib və “Amerika könüllü olaraq cəlladla əl sıxdı. Onun əlindəki qana öz əlini bulaşdırdı", - deyə ifadə edib.
Gülayə Mecid