"ABŞ və Rusiyanın uzun yolu var, lakin tərəflər Alyaskada keçirilən sammit zamanı irəliləyiş əldə ediblər".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Bizim hələ uzun yolumuz var", - o, ifadə edib.
Rubio yaxın vaxtlarda ABŞ və Rusiya liderləri arasında yeni görüşün baş tutacağına ümid etdiyini bildirib.
Bundan əlavə Kremlin yüksək rütbəli rəsmisi, prezidentin köməkçisi Yuri Uşakov da bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək növbəti görüşün vaxtı hələ müəyyənləşməyib.