Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Naxçıvan küçəsində baş verib. "VAZ 2107" markalı avtomobil "Ford" markalı kiçiktutumlu yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1977-ci il təvəllüdlü Sadiq Mustafayev xəsarət alıb və o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov