Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Züngüləş kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Ərçivan qəsəbə sakini, 1995-cü il təvəllüdlü Hüseyn Əliyev idarəetdiyi motosikletlə İstisu yolunda olarkən idarəetməni itirib.

Daha sonra motosiklet yoldan çıxaraq dirəyə çırpılıb. O aldığı xəsarətlər nəticəsində ölüb.

Meyit müayinə olunması üçün Lənkəran rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev