Qusar rayonunda iki avtomobil qəza törədib.
"Unikal"ın məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Nissan Tiida" ilə "Kamaz" markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məcidov İbrahim Qabil oğlu və Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Vəliyev Dilqəm Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca