Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ Azərbaycanda da hiss olunub. Belə ki, yeraltı təkanlar Qəbələ, Sumqayıt, Şabran, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gəncə, Ucar, Quba və Bakıda da qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.

Rusiya KİV-in məlumatına görə, təbiət hadisəsi Mahaçqala ərazisində 5,4 bal gücündə olub. 

Bundan sonra Xəzərin Rusiya sektorunda dalğaların hündürlüyü artıb. 

***00:35

Azərbaycanda zəlzələ olub. 

"Unikal" xəbər verir ki, təbiət hadisəsi 00:34 radələrində baş verib.

Zəlzələ Ucar, Göyçay, Quba,  Gəncə, Bakı və digər ərazilərdə hiss olunub.

Ağarza Elçinoğlu