İlham Əliyevdən Ermənistana xəbərdarlıq
11:34 20-09-2013
İQTİSADİYYAT
İlham Əliyevdən Ermənistana xəbərdarlıq
Ermənistan artıq əminliyini itirib
Son zamanlar Dağlıq Qarabağ problemi ətrafında aktivləşmə yenidən müşahidə olunmağa başlayıb. ATƏT-in Minsk qrupundakı amerikalı həmsədrin dəyişməsindən sonra bu aktivlik daha çox diqqəti cəlb edir.
Bundan başqa ekspertlər hesab edir ki, Azərbaycan-Rusiya münasibətləri qaydasına düşəndən sonra problemin həllinə yanaşmada dəyişib. Amma burada diqqəti cəlb edən əsas məqam Azərbaycan və Ermənistan tərəfinin tutduğu xətdir. Bunu da qeyd edək ki, son bir il ərzində problemin həlli ilə bağlı daha çox təzyiqlər Azərbaycana edildi və Xankəndi hava limanının hətta açılması üçün bəzi beynəlxalq qurumlar ikili mövqe tutdular. Amma Azərbaycan tərəfi sona qədər dirənişini göstərdi. Ermənistan tərəfi isə yaranmış vəziyyətdən istifadə edərək beynəlxalq aləmi Azərbaycanla üz-üzə qoymağa çalışdılar. Bu cür çətin sınaqlardan keçən Azərbaycan tərəfi isə nəinki geri çəkildi, hətta bəyanatlar daha da sərtləşdi. İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bir addımda olsa geri çəkilmək olmayacaq və hər hansı təzyiq heç nəyi dəyişə bilməz. Elə prezident İlham Əliyevin son bəyanatıda bu tipdə oldu. Halbu ki, əksəriyyət hesab edirdi ki, seçkilərə görə İlham Əliyev mövqeyində korrektələr edəcək və beynəlxalq təşkilatlara güzəşt olsun deyə məsələnin üstünə getməyəcək. Amma bu tam tərsinə oldu. “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”. Bunu prezident İlham Əliyev deyib. Prezident deyib: “Mən xatırlayıram ki, Azərbaycan zabitini – Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi.Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək? Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olmuşdur. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik. Bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır, bu ədalətsizliyə son qoyulmalıdır”.Amma maraqlısı budur ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi daha güzəştli mövqedən çıxış etməyə başlayıb. Hər zaman müharibə bəyanatları ilə yadda qalan Ermənistanın müdafiə naziri bu dəfə sülhdən danışmaq zorunda qalıb.“Əgər Qarabağ münaqişəsində güzəştlər olacaqsa, bu qarşılıqlı olamalıdır”. Bu sözləri müdafiə naziri Seyran Ohanyan tələbələrlə görüşü zamanı deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması Ermənistan üçün önəmli istiqamətdir:“Əgər güzəştlər olacaqsa, bu, qarşılıqlı olmalıdır. Başa düşülməlidir ki, hətta ən böyük müharibələrdən belə qalib çıxan ölkə sülh sazişinin imzalandığı son etapda bəzi ağrılı məqamlar yaşayır. Bu yöndə ilk addım inam atmosferinin yaradılmasıdır. Bunun sayəsində təmas xəttindəki situasiyanın danışıqlar prosesinə mane olmaması üçün addımlar atmaq mümkün olacaq. İnam atmosferinin formalaşdırılması üçün təmas xəttindən snayperlərin yığışdırılmaq, təxribat xarakterli kəşfiyyat fəaliyyətindən çəkinmək və müdafiə nazirləri səviyyəsində əlaqələrin yaradılması vacibdir”. Ekspertlər hesab edir ki, Ohanyanın belə bəyanat verməsi Rusiya amili ilə bağlıdır. Belə ki, dünənə qədər Azərbaycan-Rusiya münasibətlərində sərtlik olduğu üçün Ermənistan bundan bəhrələnir və Rusiyanın hərbi dayağına daha çox ümid edirdilər. Amma Vladimir Putinin Azərbaycana gəlib məlum bəyanatları verməsindən sonra bu əminlik sıradan çıxdı. Hətta bu gün erməni politoloqları hesab edir ki, Ermənistan Gömrük İttifaqına üzv olandan sonrada sonuna qədər Rusiyaya etibar etmək olmaz. Çünki Rusiyanın Azərbaycanda strateji maraqları var və bu maraqlardan imtina etməyəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28