Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.
"Unikal" xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Rodin" komandasından irlandiyalı pilot Dunne Aleks göstərib.
DAMS-ın amerikalı pilotu Krauford Cek ikinci, "Hiteç”in isveçli sürücüsü Dino Beqanoviç üçüncü olub.
Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
***
10:13
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.
"Unikal" xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.