ABŞ prezidenti Donald Tramp Venesuelanı "ABŞ-dəki məcburi köçkünləri geri götürməzsə" hesabsız nəticələrlə hədələyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp birbaşa olaraq Venesueladan ABŞ-də olan məhbusları və ruhi xəstələri dərhal qəbul etməyi tələb edib.
"Bu canavarlar tərəfindən minlərlə insan ağır yaralanıb, hətta öldürülüb", - ABŞ lideri qeyd edib.
Bunun fonunda Venesuela prezidenti Nikolas Maduro isə ictimaiyyəti, ehtiyatda olan hərbçiləri, silahlı birləşmələri və mülki şəxsləri hərbi təlimlərdə iştirak etməyə çağırıb. Hətta qadınlar belə təlimlərə cəlb olunub.
Xatırladaq ki, Venesuela Birləşmiş Ştatları Karib dənizində "elan edilməmiş müharibə" aparmaqda günahlandırıb və Birləşmiş Millətlər Təşkilatından (BMT) ABŞ-nin son həftələrdə qayıqlarda öldürüldüyü iddia edilən ondan çox narkotik tacirini hədəf alan hücumları ilə bağlı araşdırma aparılmasını tələb edib.
Gülayə Mecid