Kərəm Həsənovla Abid Şərifov arasındakı soyuqluğun müdhiş sirri
11:13 02-10-2013
İQTİSADİYYAT
Kərəm Həsənovla Abid Şərifov arasındakı soyuqluğun müdhiş sirri
Komitə sədri baş nazir müavininin qardaşı oğlu Əflatun Şərifovun rəhbərlik etdiyi quruma...
...Unikal”ın ötən saylarının birində baş nazirin müavini Abid Şərifovla Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında soyuqluq yarandığına dair yazı dərc edilmişdi. Qəzetimiz həmin soyuqluğun yaranma səbəbi barədə maraqlı bilgi əldə edib.
Yazıda iddia edilirdi ki, Həsənovun vitse-premyerdən incikliyinə Şərifovun bir müddət verdiyi açıqlama səbəb olub. Belə ki, həmin açıqlamasında baş nazirin müavini Faktiki olaraq Kərəm Həsənovun komitəsinin ünvanına daş atmışdı. Araşdırmalarımız nəticəsində isə məlum olmuşdu ki, söhbət Abid Şərifovun bu ilin mayında verdiyi açıqlamadan gedir. Qeyd edək ki, həmin vaxt jurnalistlərlə söhbətində baş nazir müavini qaçqınların tikilən yeni binalarda məskunlaşmasından sonra onların zəbt etdiyi mənzillərdən və obyektlərdən çıxarılması məsələsinə toxunmuşdu. "Azərbaycanda sovet dövründə vətəndaşlar üçün tikilən binalar dövlət komissiyası tərəfindən təsdiq olunaraq vətəndaşların istifadəsinə verilib. Bundan başqa, onlara order də verilib" deyə jurnalistlərə açıqlamasında bildirən baş nazirin müavini Abid Şərifov daha sonra demişdi ki, indi məcburi köçkünlər tikilən yeni binalara köçürüləndən sonra onların əvvəl yaşadıqları binalar müayinə olunmalı və statusuna uyğun olaraq sahiblərinə verilməlidir.
Şərifov həmçinin təəssüflə qeyd etmişdi ki, indi bəzi obyektlər artıq özəlləşib: "Günah onlarda deyil, onlara komissiya tərəfindən order verənlərdədir. Amma bu məsələlərə də baxılacaq".
Həqiqətən də baş nazir müavininin açıqlamasının son hissəsində irad və qınağın özəlləşdirmə prosesini həyata keçirənlərə, order verənlərə yönəldiyi aydın görünür. Belə çıxır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov da belə hesab etdiyi və baş nazir müavininin iradlarını ya haqlı saymadığı, ya da iqtidardaxili münasibətlər kontekstinə yaraşdırmadığı üçün Abid Şərifovdan küsüb. Həmin küskünlük isə o qədər ciddi olub ki, sonda iki iri məmur arasında "soyuq küləklər"in əsməsini şərtləndirib.
Amma yeni əldə etdiyimiz məlumatlara görə, əslində baş nazir müavini ilə komitə sədri arasındakı narazılığın ilk səbəbi heç də Abid Şərifovun Kərəm Həsənovun ...bostanına atdığı daş” deyil. Belə ki, bu açıqlamayadək artıq iki iri məmur arasında narazılıq ortaya çıxıbmış, Şərifovun açıqlaması isə əslində komitə sədrinə ...cavab atəşi” sayıla bilər.
Söhbət ondan gedir ki, bir müddət əvvəl Teleradio İstehsalat Birliyinin yerləşdiyi dövlətə məxsus torpaq sahəsi satılıb. İstehsalat Birliyinin rəhbərliyinin israrlarına baxmayaraq həmin torpaq sahəsinin məhz Kərəm Həsənov tərəfindən, həm də qanunsuz satılması (hər halda adıçəkilən istehsalat birliyində belə düşünürlər) Abid Şərifovla komitə sədri arasında soyuq küləklərin əsməsini şərtləndirib.
Məsələ burasındadır ki, Teleradio İstehsalat Birliyinin sədri Əflatun Şərifov baş nazir müavininin yaxın qohumudur, daha doğrusu, qardaşı oğludur. Ona görə də adıçəkilən quruma məxsus torpaq sahəsi satılarkən bunun qarşısını almaq üçün Abid Şərifovun da dövriyəyə girdiyi, belə niyyətdən əl çəkilməsi üçün komitə sədrinə ismarıc göndərdiyi iddia olunur. Amma Kərəm Həsənov baş nazir müavininin çağırışını eşimtməyib və sözügedən torpaq sahəsinin qanunsuz yolla satılmasına ...yaşıl işıq” yandırıb.
Məhz bundan sonra Kərəm Həsənovla Abid Şərifovun münasibətlərində soyuqluq yarandığı gələn bilgilər arasındadır. İstisna edilmir ki, baş nazir müavini qaçqınlar tərəfindən ələ keçirilən bəzi mənzillərlə bağlı danışarkən ...İndi bəzi obyektlər artıq özəlləşib. Günah onlarda deyil, onlara komissiya tərəfindən order verənlərdədir” deyərək Həsənovun komitəsini gizli hədəf kimi göstərməklə ondan məhz yuxarıda baş verənlərin qisasını almaq istəyib.
Maraq üçün onu da deyək ki, mətbuatın iddialarına görə, hazırda adıçəkilən komitə sədri hökumət daxilində hazırda bir çox iri məmurlarla konfliktdədir. Onun bir çox nazirlərlə, digər iri vəzifəlilərlə çəkişməsinin hətta məhkəmə müstəvisinədək uzandığına dair də KİV-də çeşidli məlumatlar yer alır. Deyilənlərə inansaq, artıq belə yüksək çinlilər arasında Abid Şərifovun da olduğuna heç bir şübhə yeri qalmır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40