Məktəb direktorlarının qara günü başlayır
11:14 02-10-2013
İQTİSADİYYAT
Məktəb direktorlarının qara günü başlayır
Diplomları şübhəli bilinən müəllimlər işdən kənarlaşdırılacaq
Yeni təhsil nazirinin təyinatından sonra gözlənilirdi ki, ciddi kadr dəyişiklikləri olacaq və təhsildə rüşvət və korrupsiyanın kökü kəsiləcək. Amma gözləntilər tam olaraq özünü doğrultmadı. Düzdür nazirlikdə mühüm bir neçə şəxs vəzifəsindən kənarlaşdırıldı.
Amma sistem olduğu kimi qaldı. Hətta məktəblərdə qanunsuz olaraq pul yığmaları daha da gücləndi. Ötən illər müəllim günündə hər uşaqdan 20 manat pul yığılırdısa hazırda bu məbləğ 30 manata çatıb. Və orta məktəblərdə belə bir fikir formalaşıb ki, kadr qıtlığına görə heç kəs vəzifəsindən azad edilməyəcək. Amma “Unikal”a daxil olan məlumatda bunun tam əksi göstərilir. Bbildirilir ki, hazırda nazirlikdə bir neçə istiqamətdə işlər aparılır. İlk növbədə rayon təhsil şöbə müdirlərinin yeniləşdirilməsi işinə başlamağı planlaşdırıblar. Çünki əksər rayon təhsil şöbə müdirləri yaşlıdır və bəzilərinin hətta ali təhsilli olmasıda şübhəlidir. Bundan sonra isə məktəb direktorlarının yeniləşdirilməsi işinə başlanılacaq. Belə ki, rayonlarda elə orta məktəb direktorları var ki, təhsilləri texnikum təhsilidir. Bəziləri isə özəl ali məktəblərdən aldıqları və gerçəkliyi şübhəli olan diplomlarla bu vəzifələrə təyin olunublar. Mənbənin dediyinə görə hazırda bütün məktəb direktorlarının şəxsi işləri araşdırılır. Bundan başqa aydın olub ki, orta məktəblərdə müəllim heyətləri də şübhəlidir. Belə ki, əsasən Dağıstandan alınmış diplomlarla müəyyən şəxslər orta məktəblərdə müəllim işləyirlər. Və şübhə yoxdur ki, bu diplomların böyük əksəriyyəti saxtadır.Məhz bu cür şəxslərə görə ali təhsilli müəllimlərin böyük əksəriyyəti işsiz qalıb. Bu arada aydın olub ki, artıq məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən xəbərdə o da qeyd olunur ki, qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə məlumat veriləcək: “Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulub. Qaydalar təsdiq edildikdən sonra bu istiqamətdə işlərə başlanacaq”. Nazirlikdən o da bildirib ki, hazırda ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş meyarlara uyğun olaraq yaşı 65-dən yuxarı olan 2987 müəllim fəaliyyət göstərir.Ekspertlər hesab edir ki, seçkilər bitəndən sonra yaşı 65-dən yuxarı olan 2987 müəllim işdən azad ediləcək, daha sonra isə məktəb direktorlarının yenilənməsi prosesi başlayacaq. Buda vurğulanır ki, bir başa nazirin əmri ilə hazırda Rusiyada şübhəli şəkildə təhsil alan müəllim və direktorlarında yola salınmasına hazırlıq tamamlanıb. Təhsil ekspertləri hesab edir ki, bu cür kadrların kənarlaşdırılması ilə təhsil sektorunda 40 faizdən çox kadr islahatları olacaq ki, buda kifayət qədər ciddi göstəricidir.
Alı
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34