Estoniya Daxili İşlər Nazirliyi hökumət adından Daşınmaz Əmlakın Əldə Edilməsinin Məhdudlaşdırılması Qanununa dəyişikliklər hazırlayıb.

"Unikal" xəbər verir ki, bu dəyişikliklər daimi yaşayış icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarını daşınmaz əmlak almaq hüququndan məhrum edəcək.

Bu müddəa, həmçinin, Rusiya və Belarus şirkətlərinə, eləcə də onların faydalandıqları iki ölkədəki hüquqi şəxslərə də şamil edilə bilər.

Qeyd edilib ki, Estoniya hökuməti yalnız milli əhəmiyyətli və ya humanitar səbəblərdən daşınmaz əmlak almaq üçün icazə verə bilər.