ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Benjamin Netanyahu və Livanın Hezbollah hərəkatı arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı məlumatda Netanyahu ilə telefon danışığının məhsuldar keçdiyini bildirib. Onun sözlərinə görə, nəticədə İsrail qüvvələri Beyruta göndərilməyəcək, şəhər istiqamətində hərəkət edən bölmələrə isə geri qayıtmaq göstərişi verilib.
ABŞ prezidenti əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə “Hizbullah”la da müsbət danışıqlar aparılıb. Trampın sözlərinə görə, tərəflər qarşılıqlı olaraq hücumları dayandırmağa razılıq veriblər.
“İsrail onlara hücum etməyəcək, onlar da İsrailə hücum etməyəcəklər”, – deyə ABŞ prezidenti vurğulayıb.





.jpg)










.jpg)






.jpg)



















.jpeg)














