Amerika hücumlarından dəyən ziyana görə kompensasiya məsələsi Vaşinqton və Tehranın sülh danışıqlarında razılığa gələ bilmədiyi əsas məqam olaraq qalır.

"Unikal" xəbər verir ki,  bu barədə CNN məlumat yayıb. 

Nəşr bildirir ki, "ABŞ və İran arasında danışıqlara hələ də maneə törədən əsas məqamlardan biri pul kompensasiyasıdır".

Eyni zamanda, Vaşinqton narahatdır ki, münaqişənin sona çatmasının ilk mərhələsində İranın bəzi aktivlərinin dondurulmasının aradan qaldırılması "Vaşinqtonun Tehrana əsas təzyiq vasitəsini" zəiflədə və ya aradan qaldıra bilər.

Bundan əlavə, kanalın mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp müşavirlərinə ABŞ-nin İrana birbaşa pul ayıracağı bir müqavilə imzalamayacağını bildirib.

Gülayə Mecid