Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (AB) 27 üzv dövlətdən 40-a qədər genişləndirilməsini və həmçinin Kanadanın da daxil edilməsini təklif edib.

"Unikal" xəbər verir ki, onun çıxışları CNBC tərəfindən yayımlanıb. 

"Kanadanın ABŞ-nin 51-ci ştatı olmaq əvəzinə, 28-ci Aİ üzvü olması əla olmazdımı?", - deyə o bildirib.

Stubb hesab edir ki , Avropa Birliyi "böyük düşünməli" və beynəlxalq səhnədə özünü təsdiqləməlidir. O, Türkiyəni, keçmiş Yuqoslaviyanı, Albaniyanı, Norveçi, İslandiyanı, Ukraynanı, Moldovanı və Gürcüstanı Aİ üzvlüyünə potensial namizədlər kimi adlandırıb.

Gülayə Mecid