Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Məyadin” kanalına müsahibəsində ölkənin mərhum ali lideri Əli Xameneinin ofisinin müharibədə hədəfə alınması haqda danışıb.
"Unikal" xəbər verir ki, Əraqçinin sözlərinə görə, o, Cenevrədə keçirilən danışıqlardan qayıtdıqdan sonra şənbə günü səhər ali rəhbərə hesabat vermək üçün onun ofisinə gedib. Bu hesabat əsasən danışıqların nəticələri və bölgədə müharibə ehtimalını artıran durumla bağlı olub.
Əraqçi deyib ki, görüş zamanı yerləşdikləri bina hücuma məruz qalıb. Amma zərbə binaya dəysə də, olduqları yer zərər görməyib.
“İlk düşündüyüm məsələ ali rəhbərin vəziyyətinin necə olacağı idi. Normal iş qaydasına əsasən, onun həmin vaxt öz ofisində olması gözlənilirdi”, – deyə İranın xarici işlər naziri bildirib.
Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin ilk zərbələri nəticəsində İslam Respublikasının bir sıra yüksək vəzifəli hərbi və siyasi rəsmiləri ilə birlikdə öldürülüb.





















.jpeg)






























